Ombudsman Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı bəyanat verib

Ombudsman Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı bəyanat verib
# 12 fevral 2016 13:56 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar bəyanat verib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bəyanatda bildirilir ki, Azərbaycana qarşı təcavüzkar siyasətinin tərkib hissəsi olan, insan hüquq və azadlıqlarının kütləvi şəkildə kobudcasına pozulması ilə nəticələnən Xocalı soyqırımı erməni hərbi qüvvələrinin və onların havadarlarının xalqımıza qarşı uzun illər davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli faciəsidir: “Artıq 24 il keçməsinə baxmayaraq, bu soyqırıma hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməyib. Günahsız, dinc insanları məhv edən cinayətkarlar tezliklə ədalət məhkəməsi qarşısında cavab verməli və cəzalandırılmalıdır”.

Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycanın xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, habelə Azərbaycanın 180-dən çox diaspor təşkilatlarına göndərilib.

Bəyanat BMT-nin İnsan Hüquqları Şurasının 31-ci sessiyasına da təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR