Bakıda internet problemlərinin həlli ilə bağlı işçi qrup yaradılıb

Bakıda internet problemlərinin həlli ilə bağlı işçi qrup yaradılıb
# 09 mart 2016 14:26 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyində rabitə xidmətlərinin keyfiyyətlərinin yüksəldilməsi üçün işlər aparılır. Belə ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyində (BTRİB) genişzolaqlı şəbəkənin yenidən qurulması üçün işçi qrupu yaradılıb.

"APA-Economics" xəbər verir ki, yaradılan işçi qrupu artıq yeni layihənin icrasına start verib.

Layihənin 2017-ci ilin əvvəlinədək tamamlanması planlaşdırılır. Layihə nəticəsində Bakı şəhərində hər bir istifadəçi sürəti 100Mb/s olan internet xidməti ilə təmin olunacaq.

Təkmilləşmiş infrastruktur həm də İP-TV xidmətinin Bakı ərazisində daha da inkişaf etməsinə imkan yaradacaq. Nəticədə istifadəçilər eyni xətt üzərindən ən son standartlara uyğun keyfiyyətli səs, internet və İP-TV xidmətləri ala biləcəklər.

İşçi qrupu mövcud vəziyyətin monitorinqinə başlayıb və məlum olub ki, hazırkı infrastrukturun istifadəsində qanunsuzluqlara yol verilib. Hazırda şəbəkənin, o cümlədən kabel kanalizasiya quyularının inventarizasiyası aparılır və onların istismarında qanundan yayınanlarla bağlı tədbir görüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR