Gürcüstanda "Qazprom" əleyhinə etiraz aksiyaları başlayıb

Gürcüstanda "Qazprom" əleyhinə etiraz aksiyaları başlayıb
# 15 yanvar 2016 12:27 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Gürcüstanın keçmiş prezidenti, Ukraynada Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin “Vahid milli hərəkat” partiyası bu gün Gürcüstan hökumətinin "Qazprom"la əməkdaşlığı ilə bağlı etiraz aksiyası keçirib.

APA-nın "Vzqlyad" qəzetinə istinadən verdiyi məlumata görə, partiya üzvləri Energetika Nazirliyinin qarşısına toplanıblar. Piket zamanı yaxınlıqdakı körpüyə “Qazprom” əleyhinə plakatlar asmaq istəyən piket iştirakçıları ilə polis arasında qarşıdurma yaranıb. Aksiya zamanı “Qazproma” yox!” şüarları səsləndirilib.

Qeyd edək ki, Gürcüstan hökumətinin "Qazprom"la apardığı gizli danışıqlar müxalifətin etirazına səbəb olub. Müzakirə predmeti "Qazprom" tərəfindən Gürcüstana nəql olunan qazın həcminin artırılmasıdır. Gürcüstan müxalifəti iddia edir ki, danışıqlar ölkənin enerji sisteminin müstəqilliyinə təhlükə yaradır.

Hökumət rəsmiləri isə bildirir ki, SOCAR Gürcüstanın qaz olan tələbatını ödəmək iqtidarında deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR