Novorossiysk limanından neftin nəqli dayandırılıb

Novorossiysk limanından neftin nəqli dayandırılıb
# 30 iyun 2016 11:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Rusiyanın "Transneft" neft-qaz şirkəti bu gün Novorossiysk limanından neft məhsullarının nəqlini dayandırıb.

"APA-Economics" TASS agentliyinə istinadən xəbər verir ki, bunu şirkətin rəsmi nümayəndəsi İqor Demin deyib.

Onun sözlərinə görə, nəqlin dayandırılmasına səbəb şimşəyin çaxması olub: "Bu gün Novorossiyskdə səhər saatlarında şimşək çaxması səbəbindən iki tankerin yüklənməsi dayandırılıb. İşlər günortadan sonra bərpa ediləcək. Nəqlin müvəqqəti dayandırılması işlərin qrafikinə təsir etməyəcək".

Xatırladaq ki, Novorossiysk limanına Bakı-Novorossiysk boru kəməri ilə Azərbaycan nefti də nəql olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR