ABŞ-da məktəbdə atışma baş verib, 2 şagird ölüb

ABŞ-da məktəbdə atışma baş verib, 2 şagird ölüb
# 12 fevral 2016 21:51 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Qlendeyl şəhərində (Arizona ştatı) məktəbdə baş verən atışma nəticəsində 2 şagird ölüb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, ölənlər 10-cu sinifdə oxuyan 15 yaşlı qızlardır.

Polis meyitlərin yanında tapançanın tapıldığını bildirib. Hadisə ilə əlaqədar saxlanılan hələ ki, yoxdur. Hadisənin təfərrüatları barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR