SOCAR Supsa limanından xam neftin ixracını azaldıb

SOCAR Supsa limanından xam neftin ixracını azaldıb
# 01 mart 2016 14:53 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR bu ilin fevral ayında Supsa limanından 169 215 ton xam neft ixrac edib.

"APA-Economics" SOCAR-ın açıqladığı statistik göstəricilərə istinadən xəbər verir ki, bu, ötən ilin fevral ayı ilə müqayisədə 33,42% azdır.

Ümumilikdə, bu ilin yanvar-fevral ayları ərzində Supsa limanından 423 264 ton xam neft ixrac edilib. Bu, ötən ilin iki ayı ilə müqayisədə 16,72% azdır.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR