Ötən il Xəzərdə Azərbaycana məxsus 13, digər dövlətlərə məxsus 4 gəmi barəsində tədbir görülüb

Ötən il Xəzərdə Azərbaycana məxsus 13, digər dövlətlərə məxsus 4 gəmi barəsində tədbir görülüb
# 29 fevral 2016 10:50 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Ötən il Xəzər dənizində üzmə vasitələrinin hərəkəti üçün təhlükəli olan balıq ovlama vasitələri – 18,8 min metr tor, 4 min ədəd qarmaq yığılıb.

APA-nın məlumatına görə, bu barədə Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin rəisi, general-mayor Əfqan Nağıyev 2015-ci ildə xidməti-döyüş fəaliy­yətinin yekunlarına həsr olunmuş xidməti müşavirədə bildirib. O qeyd edib ki, 2015-ci ildə dənizdə dövlət sərhədinin etibarlı mühafizəsi, Xəzər dənizinin Azərbaycana aid hissəsində bioloji re­surs­ların, enerji ehtiyatlarının, sualtı neft-qaz ixrac boru kəmər­lərinin qorunması, beynəlxalq terrorizmə, qeyri-leqal miqra­siyaya, qaçaqmalçılığa və brakonyerliyə qarşı mübarizə, eləcə də döyüş hazırlığının yüksəldilməsi, hərbi inti­zamın möhkəm­lən­dirilməsi istiqa­mə­tin­də qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib.

Ötən il Xəzər dənizində sərhəd rejiminə nəzarət məqsədilə Azərbaycana məxsus 73, Rusiyaya məxsus 19, İrana məxsus 6, Qazaxıstana məxsus 1 gəmiyə, Türkmənistana məxsus 6 gəmiyə, Azərbaycana məxsus 363 kiçik həcmli üzmə vasitəsinə baxış keçirilib. Azərbaycana məxsus 13 gəmi, digər dövlətlərə məxsus 4 gəmi və Azərbaycana məxsus 179 qayıq, o cümlədən 347 nəfər heyət üzvü barəsində zəruri tədbirlər görülüb.

İl ərzində DSX Sahil Mühafizəsi tərəfindən 4 halda dənizdə xilasetmə əməliyyatları keçirilib, 8 nəfər vətəndaş xilas edilib. Sərhəd sularında keçirilmiş rejim tədbirləri zamanı dənizdə qanunsuz qurulmuş, üzmə vasitələrinin hərəkəti üçün təhlükəli olan balıq ovlama vasitələri – 18,8 min metr tor, 4 min ədəd qarmaq yığılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR