Bakıdan Ağdama qonaq gedən 42 yaşlı kişi bıçaqlanıb

Bakıdan Ağdama qonaq gedən 42 yaşlı kişi bıçaqlanıb
# 22 oktyabr 2015 15:30 (UTC +04:00)

Ağdam. Ziya Əmirxanlı - APA. Ağdamda bıçaqlanma hadisəsi baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, 1973 təvəllüdlü Baxşəliyev Vüqar Əjdər oğlu bıçaq yarası ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun Bakı şəhərindən Ağdamın Üçoğlan ərazi nümayəndəliyinin Səfərli kəndinə qonaq gəldiyi bildirilib.

Xəstəxanadan, qarının ön divarının deşilmiş-kəsilmiş yarası alan V.Baxşəliyevin hazırda cərrahiyyə əməliyyatı olunduğu açıqlanıb.

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları hadisənin təfərrüatlarını araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR