İran iri uran yatağı aşkarladığını bəyan edib

İran iri uran yatağı aşkarladığını bəyan edib
# 12 sentyabr 2015 22:55 (UTC +04:00)

Bakı-APA. İranın Nüvə Enerjisi üzrə Təşkilatı (AEOI) ölkənin mərkəzi hissəsində yerləşən Yezd əyalətində iri uran ehtiyatlarının aşkarlandığını bəyan edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Frans Press” agentliyi AEOI-nun rəhbəri Əli Əkbər Salehiyə istinadla məlumat yayıb.

“Tezliklə radioaktiv metalın hasilatına başlanılacaq”, deyə məlumatda bildirilir.

Salehi aşkarlanmış uran ehtiyatlarının həcmini açıqlamayaraq, aşkarlanan yatağın “İran ehtiyatlarının əminlik yaratdığını” bildirib.

Bundan bir müddət əvvəl qərb mətbuatı İran şaxtalarında hasil olunan “yaş” uranın həcminin azaldığını bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR