Naməlum şəxslər Ukraynanın baş prokurorunun iş otağını atəşə tutub

Naməlum şəxslər Ukraynanın baş prokurorunun iş otağını atəşə tutub
# 03 noyabr 2015 01:23 (UTC +04:00)

Məlumata görə, atəş kabinetin pəncərələrinə iclas zamanı küçədən açılıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) rəsmi nümayəndəsi Yelena Qitlyandskaya bildirib.

Onun sözlərinə görə, insident nəticəsində xəsarət alan olmayıb. Hadisə yerinə UTX-nın əməliyyat-istintaq qrupu cəlb olunub.

Yelena Qitlyandskaya atəşin snayper tüfəngindən açılması barədə yayılmış xəbərləri təsdiqləməyib və dəqiq məlumatın istintaq tədbirləri aparıldıqdan sonra veriləcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR