“Azərbaycan Dövlət Neft Fondu: Vəsaitlərin idarə edilməsi prosesi və investisiyalar” mövzusunda seminar keçirilib - FOTOSESSİYA

“Azərbaycan Dövlət Neft Fondu: Vəsaitlərin idarə edilməsi prosesi və investisiyalar” mövzusunda seminar keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 20 noyabr 2015 10:55 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Noyabrın 19 və 20-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) KİV nümayəndələri üçün “Azərbaycan Respublikası Dövlət Neft Fondu: Vəsaitlərin idarə edilməsi prosesi və investisiyalar” adlı seminar keçirilib.

APA-Economics”in məlumatına görə, seminarın keçirilməsində məqsəd şəffaflıq sahəsində əldə etdiyi nailiyyətlərə görə dünyanın bir çox nüfuzlu təşkilatları tərəfindən yüksək qiymətləndirilən ARDNF-nin büdcəsi və investisiya fəaliyyəti haqqında KİV nümayəndələrinin daha geniş informasiyaya malik olmalarını təmin etmək, investisiya portfelinin diversifikasiyası və investisiya strategiyasının tətbiqi sahəsində daha ətraflı məlumatlandırma, fond barədə daha düzgün və peşəkar məlumatların yayılmasına nail olmaq, fondun ictimaiyyətlə əlaqələrinin inkişafına dair iştirakçıların təkliflərinin öyrənilməsi və ictimaiyyətin fond barədə dəqiq məlumatlandırılmasında KİV nümayəndələri ilə birgə əməkdaşlığa nail olmaqdan ibarətdir.

Seminardan əvvəl mətbuat nümayəndələri fondun inzibati binası ilə tanış olublar.

Tədbirdə “Suveren fondlar – ARDNF-nin timsalında”, “Büdcə və layihələr”, “İnvestisiyalar və investisiya prosesi”, “İnvestisiya portfelinin qurulması və investisiya strategiyasının həyata keçirilməsi”, “İnvestisiyaların həyata keçirilməsindən sonrakı proses” və “Şəffaflıq və Santiaqo Prinsipləri” mövzularında təqdimatlar olub.

Daha sonra jurnalistlər fondun müxtəlif departamentlərinin fəaliyyəti ilə tanış olublar.

Sonda seminar iştirakçılarına sertifikatlar təqdim olunub. Sertifikat alanlar arasında “APA-Economics”in əməkdaşı da var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR