Şəhid Nicat İsgəndərovun ölümündən sonra təltif edildiyi medal atasına təqdim olunub

Şəhid Nicat İsgəndərovun ölümündən sonra təltif edildiyi medal atasına təqdim olunub
# 12 may 2016 12:08 (UTC +04:00)

Tərtər. Ziya Əmirxanlı - APA. Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olmuş İsgəndərov Nicat Bəhruz oğluna ölümündən sonra verilən “İgidliyə görə” medalı atasına təqdim edilib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, bu münasibətlə Tərtər şəhərinin mərkəzi meydanında təşkil olunan tədbirdə şəhidin ailə üzvləri, rayon İcra Hakimiyyətinin başçısı, Müdafiə Nazirliyinin təmsilçisi və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Şəhidin atası Bəhruz İsgəndərov oğlu ilə qürur duyduğunu bildirib: “Oğlum iki bacının bir qardaşı idi. Mən keçmiş döyüşçüyəm, amma Nicat kimi qəhrəman ola bilmədim. Nicat bizim ailənin adını uca etməklə yanaşı, bu millətin, bu dövlətin də başını ucaltdı. Qoy, hamının övladı Nicat kimi qəhrəman olsun! Amma qələbə qazanıb, evlərinə sağ-salamat dönsünlər”.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR