Bakı. Məlahət Nəcəfova - APA. “Berlində Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerlə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsini müzakirə etmək üçün görüşməkdən məmnun olduq”.
APA-nın məlumatına görə, bu sözləri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün “Twitter” səhifəsində yazıb.
Xatırladaq ki, Almaniya gələn il ATƏT-ə sədrlik edəcək.