Gürcüstanda H1N1 virusundan daha bir nəfər ölüb

Gürcüstanda H1N1 virusundan daha bir nəfər ölüb
# 21 yanvar 2016 22:15 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanda H1N1 virusundan daha bir nəfər ölüb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin Elmi Şurasının rəhbəri Paata İmnadze bildirib. Onun sözlərinə görə, ölən şəxs Abxaziyadan Zuqdidiyə gələn orta yaşlı qadın olub. Xəstədə keçici xroniki xəstəlik aşkar edilib.

Məlumata görə, Gürcüstanda donuz qripindən artıq üç nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR