ABŞ-ın rəhbərliyi ilə Suriya və İraqda quru əməliyyatlarına başlanacaq

ABŞ-ın rəhbərliyi ilə Suriya və İraqda quru əməliyyatlarına başlanacaq
# 22 yanvar 2016 15:40 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Koalisiya qüvvələri İŞİD-lə daha effektli mübarizə aparmaq üçün Suriya və İraqda quru qüvvələrindən istifadə etməyə qərar verib".

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın müdafiə naziri Eşton Karter bəyan edib. O bildirib ki, İraq və Suriyada İŞİD-lə mübarizə strategiyası çərçivəsində yerüstü əməliyyatlar da keçiriləcək: “Biz daha çox işlər görmək istəyirik, çünki biz İŞİD-ə qalib gəlməliyik. Mən əminəm ki, buna nail olacağıq, lakin mən prosesi sürətləndirmək istəyirəm”.

K. Eşton İŞİD-i İraqın Mosul və Suriyanın Rakka şəhərlərindən çıxarmaq istədiklərini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR