Məhkəmə narkotiklərin dövriyyəsində təqsirləndirilən şəxsin cəzasını azaldıb

Məhkəmə narkotiklərin dövriyyəsində təqsirləndirilən şəxsin cəzasını azaldıb
# 05 iyul 2016 12:52 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Elşən Aslanovun şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmə onun şikayətini təmin edərək cəzasını 8 ildən 2 il 6 aya endirib. Onun barəsində olan Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə etmə, daşım, satma) maddəsi ilə ittiham 234.1-ci (satış məqsədi olmadan narkotik vasitə əldə etmə) maddəsinə tövsif edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. Aslanov 8 il müddətinə azadlıqdan məhrum edilib. Lakin hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək cəzasının azaldılmasını istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR