BP “SOCAR Cape” şirkəti ilə iki illik müqavilə imzalayıb

BP “SOCAR Cape” şirkəti ilə iki illik müqavilə imzalayıb
# 22 dekabr 2015 09:30 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə – APA-Economics. BP və “SOCAR Cape” şirkəti iki illik müqavilə imzalayıb.

APA-Economcs”in verdiyi xəbərə görə, müqavilə BP-nin Azərbaycanda quruda və dənizdəki aktivlərinin “Fabric Maintenance Services” xidmətlərini həyata keçirməyi nəzərdə tutur. Müqavilənin dəyəri 90 mln. dollardan çoxdur.

Şirkətin baş icraçısı Co Oitli (Joe Oatley) müqavilənin uzadılmasından məmnun olduğunu bildirib: “Bu müqavilə BP-nin bizim “SOCAR Cape” şirkəti tərəfindən həyata keçirilən xidmətlərin keyfiyyəti və effektivliyinə olan etimadının göstəricisidir”.

Şirkətdən ötən gün Azərbaycanda üzən məzənnə siyasətinə keçidlə bağlı məsələyə münasibət bildirilib. Qeyd olunub ki, baş verən devalvasiyanın Azərbaycan iqtisadiyyatına necə təsir edəcəyini müəyyən etmək hələ tezdir və “SOCAR Cape” ölkə daxilində bütün müştərilərinə yüksək keyfiyyətli və təhlükəsiz xidmət göstərməyə davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR