"Azərişığ"ın 14 rayonda yeni ofislərinin tikintisinə başlanılıb - FOTO

"Azərişığ"ın 14 rayonda yeni ofislərinin tikintisinə başlanılıb - <span style="color: red;">FOTO
# 21 sentyabr 2015 10:04 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Azərişıq” ASC-nin yaradılmasından artıq yeddi aya yaxın bir zaman keçir.

“Azərişıq” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, ölkəmizin bütün rayon mərkəzlərinin, qəsəbə və kəndlərinin enerji təchizatında ciddi dönüş əldə edilib. İlk günlərdən başlayaraq yararsız, istismar müddəti başa çatmış komplekt transformator məntəqələrinin yenilənməsi-müasir tipli avadanlıqlarla təchiz edilməsi prosesi öz məntiqi nəticələrini verməkdədir. Yeni güc mərkəzləri həm görünüşcə əvvəlkindən fərqlənir, həm də böyük texniki üstünlüklərə malik olmaqla yeni, müasir Komplekt Transformator Məntəqələridir.

Bu işlərlə yanaşı uzun illər istismar olunan ağac dayaqlar da yeni dəmir boru dayaqlarla əvəzlənir, açıq tipli, uzun müddət istismarda olduğu üçün yararsız vəziyyətə düşüb, heç bir standarta uyğun gəlməyən alüminium naqillər özünüdaşıyan (SİB) izolyasiyalı kabellərlə dəyişdirilir. Bu tədbirlər on minlərlə abonentin elektrik enerjisinə olan təlabatını yaxşılaşdırmaqla bərabər normadan artıq texnoloji itkilərin azaldılmasına və uçot sisteminin daha təkmil şəkildə aparılmasına müsbət təsir göstərir.

Qısa müddət ərzində 7 regional idarəetmə strukturu da formalaşdırılıb Bu ilin 9 aprel tarixi ilə saat 00.00-dan etibarən enerji alışı üzrə uçot nöqtələri təhvil alınıb. Bunlar Bakı, Şimal, Şimal-Qərb, Qərb, Cənub, Aran, Mərkəzi Aran Regional Enerji Təhcizatı və Satışı İdarələridir. Enerji təhcizatında uğurlu nəticələr əldə edən “Azərişıq” ASC yerlərdə əməkdaşlarının keyfiyyətli xidmət göstərməsi üçün iş şəraitin yaxşılaşdırılması istiqamətində də ciddi tədbirlər görür.

İlk olaraq əmək fəaliyyətinin təhlükəsizliyi üçün işçilər uniformalarla təmin ediliblər. Onların fəaliyyət sahəsinə və qəza yerlərinə tez yetişmələri üçün 100-dən artıq Almaniya və Yaponiya istehsalı olan komfortlu avtomobillər RETSİ-lər üzrə paylanıb. İlin sonuna kimi bu avtomobillərin sayı 200-ə çatdırılacaq.

Bununla yanaşı 14 rayonda yeni ofislərin tikintisinə başlanılıb. Artıq onlardan yarısı başa çatdırılmaq üzrədir. Yeni ofislərdə işçilərin səmərəli fəaliyyəti üçün bütün texniki şərait yaradılır. İş otaqları energetika sahəsinin avadanlıqları ilə bərabər kompüter texnikası və internetlə təmin edilib. Fəaliyyət otaqlarından başqa burada işçilərə asudə vaxtlarını keçirmək üçün yemək və istirahət otaqları da yaradılıb və lazımı vəsaitlərlə təchiz edilib. İlin sonuna kimi 14 Rayonda yeni ofislərin hamısı tam tikilib istifadəyə veriləcək.

Qarşıdakı illərdə isə bütün rayonlarda bu cür yeni tipli ofislər tikilərək əməkdaşların ixtiyarına veriləcək. Yeni ofislərdə Abonentlərə də öz müraciətləri üçün rahatlıqla xidmət göstəriləcək. Bu ofislər əsasən eyni tipli olsa da bəzi regionlarda yerli memarlıq xüsusiyyəti də nəzərə alınacaq.

Məsələn, bu yaxınlarda tikintisinə başlanan Gəncə şəhərindəki 35/10 kVt-luq yarımstansiya binasının dizayn xüsusiyyətlərində yerli memarlığın bütün cəhətləri nəzərə alınıb. Həm qədim, həm də müasir binaların memarlıq incilərini özündə cəmləşdirən tikiləcək yeni binada ərazinin nəzarətdə saxlanılması üçün bütün texnoloji nailiyyətlər tətbiq ediləcək. Bu cür incə nüanslar “Azərişıq” tərəfindən bütün yenidənqurma işləri zamanı diqqətdə saxlanılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR