Azərbaycanda daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında azalma müşahidə olunur

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında azalma müşahidə olunur
# 01 fevral 2016 09:35 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı ilin yanvar ayında daşınmaz əmlakın icbari sığortası üzrə 5 253 sığorta müqaviləsi bağlanıb.

İcbari Sığorta Bürosundan “APA-Economics”ə verilən məlumata görə, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği isə 5,7 mln. manat təşkil edib.

Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 55,4%-i yaşayış evləri və mənzillər, 0,5%-i inzibati binalar, 44,1%-i isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 22,6% azalma, sığorta haqlarının məbləğində isə 38% artım müşahidə edilib.

Yanvar ayında daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 581, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 6 sığorta müqaviləsi bağlanılıb. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə daxil olan sığorta haqları 38 400 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə daxil olan sığorta haqları isə 5 922 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR