NATO baş katibinin xüsusi nümayəndəsi Gürcüstana səfər edəcək

NATO baş katibinin xüsusi nümayəndəsi Gürcüstana səfər edəcək
# 26 oktyabr 2015 10:55 (UTC +04:00)

Bakı-APA. NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay ölkədə keçiriləcək NATO həftəsi çərçivəsində Gürcüstana səfər edəcək.

APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, C. Appaturay Cənubi Qafqazda təhlükəsizliklə bağlı III forumda və Gürcüstan Müdafiə və Təhlükəsizlik konfransında iştirak edəcək.

C. Appaturayın konfransdan sonra Gürcüstan Müdafiə Naziri Tinatin Xidaşeli ilə görüşü və birgə mətbuat konfransı planlaşdırılır.

NATO rəsmisinin Şida Kartli regionuna səfər edərək NATO və Avropa İttifaqının Qoridə yeni regional ofisinin açılışında iştirakı da gözlənilir.

Bununla yanaşı, C. Appaturayın Gürcüstan prezidenti, baş nazir və xarici işlər naziri ilə də ikitərəfli görüşləri nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR