ABŞ-ın iki ştatında ali məktəblərin yaxınlığında insanlara silahlı hücum olub, 15 nəfər yaralanıb - YENİLƏNİB

ABŞ-ın iki ştatında ali məktəblərin yaxınlığında insanlara silahlı hücum olub, 15 nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB
# 25 sentyabr 2016 10:37 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın İllinoys və Massaçusets ştatlarında təhsil müəssisələri yaxınlığında insanlara silahlı hücum olub.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, İllinoys Universitetinin yaxınlığında naməlum şəxsin açdığı atəş nəticəsində 9 nəfər xəsarət alıb.

Universitet administrasiyası tələbələrə təhlükə barədə xəbərdarlıq edib. Hadisə yerinə polis və təcili yardım avtomobilləri gəlib. Atəş açan şəxsin universitet kampusunu tərk etdiyi bildirilsə də, tələbələrə əraziyə yaxınlaşmamaq tövsiyə olunur. “Qrin-stritdən və ikinci küçədən uzaq durun”, - deyə universitet saytında xəbərdarlıq edilir.

Qeyd edək ki, bundan öncə Massaçusets ştatındakı Boston şəhərində Emerson kollecinin yerləşdiyi Tremon-Strit küçəsində Asiya və Latın Amerika əsilli iki şəxs insanlara bıçaqla hücum edib və 6 nəfəri yaralayıb.

***

saat 12.15

Bakı-APA. ABŞ-da iki naməlum şəxs bıçaqla 6 nəfəri yaralayıb.

APA-nın “Bostonglobe” nəşrinə istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib.

Massaçusets ştatındakı Boston şəhərində Emerson kollecinin yerləşdiyi Tremon-Strit küçəsində Asiya və Latın Amerika əsilli iki şəxs insanlara bıçaqla hücum edib və 6 nəfər yaralanıb. Emerson kollecinin rəhbərliyi kollecin yataqxanasının yaxınlığında baş verən olayla bağlı tələbələrin elektron ünvanlarına xəbərdarlıq məktubu göndərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR