UNEC-ə 2015-ci il üçün doktorantura və dissertanturaya qəbul planı təsdiqlənib

UNEC-ə 2015-ci il üçün doktorantura və dissertanturaya qəbul planı təsdiqlənib
# 12 oktyabr 2015 12:22 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) 2015-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün 16 plan yeri, fəlsəfə doktoru proqramı üzrə dissertanturaya qəbul üçün 13 plan yeri ayrılıb.

UNEC Marketinq və Kommunikasiyalar Departamentindən APA-ya verilən məlumata görə, bu, Nazirlər Kabinetinin ali təhsil müəssisələrinin və elmi təşkilatlarının 2015-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı barədə 29 sentyabr 285 saylı sərəncamında əksini tapıb.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ayrılan yerlərdən 7-si əyani, 9-u qiyabi (3-ü ödənişli əsaslarla) qəbul planına daxildir. Dissertanturaya ayrılan 13 plan yerindən isə 4-ü büdcə hesabına, 9 yer ödənişli əsaslarladır.

UNEC-ə elmlər doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul üçün plan yerləri də təsdiqlənib. Elmlər doktoru proqramı üzrə doktoranturaya 8 plan yeri (2 əyani, 6-ı qiyabi), dissertanturaya isə büdcə hesabına olmaqla, 6 plan yeri ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR