Bakıda kafedə törədilən qətl ilə əlaqədar axtarışda olan şəxslərdən biri tutulub

Bakıda kafedə törədilən qətl ilə əlaqədar axtarışda olan şəxslərdən biri tutulub
# 12 dekabr 2015 14:15 (UTC +04:00)

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, məsələ ilə əlaqədar axtarışda olan Babayev Bəxtiyar Hidayət oğlu bu gün polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Qeyd edək ki, sözügedən qətl hadisəsi sentyabrın 18-də Bakı şəhərində yerləşən “Lion” kafesində baş verib. Bir qrup şəxs arasında düşən mübahisə zamanı 1965-ci il təvəllüdlü Qarayev Ələddin Malış oğlu qətlə yetirilib.

Hadisədən bir neçə gün sonra dava iştirakçılarından ikisi İrana qaçmaq istəyərkən sərhədçilər tərəfindən saxlanılıb. Qətlin əsas iştirakçısı Elməddin Ağayev isə İrana qaçmağa nail olub. Hazırda onun axtarışları davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR