Salyanda pambıq tayası yanıb

Salyanda pambıq tayası yanıb
# 11 noyabr 2015 12:59 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Salyanda pambıq tayası yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Salyan rayonu, Qızılağac kəndində baş verib.

Məntəqə ərazisinə yığılmış 14 ton pambıq tayasının 150 kiloqramı yanıb. Pambıq tayasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR