Bakıda dələduz “general” axtarışa verilib - FOTO - VİDEO

Bakıda dələduz “general” axtarışa verilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 18 noyabr 2015 08:38 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda “general” ləqəbli dələduz axtarışa verilib.

Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1954-cü il təvəllüdlü Manaf Bala oğlu Nadirov Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir. O xeyli sayda vətəndaşın etimadını qazanaraq 100 min manatdan artıq mənimsəməyə yol verib.

Polisdən həmçinin bildirilib ki, M. Nadirov Bakıda “general” ləqəbi ilə tanınır.

Hazırda onn tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR