Zakir Həsənov Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub

Zakir Həsənov Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub
# 19 mart 2016 16:10 (UTC +04:00)

Bakı – APA. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Novruz bayramı ilə əlaqədar Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.

Nazirlikdən APA-ya verilən məlumata görə, Z. Həsənov hospitalda müalicə alan şəxsi heyətlə görüşüb.

Nazir onların səhhəti ilə maraqlanıb və Novruz bayramı münasibəti ilə təbrik edib.

Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən hərbi qulluqçulara bayram sovqatları təqdim edilib və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmaları arzu olunub.

Qeyd edək ki, Z. Həsənovun göstərişi ilə ağır xəstələrə ixtisaslı tibbi yardımın göstərilməsi məqsədilə hospitala 10 ədəd ən müasir çoxfunksiyalı çarpayı verilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR