Ötən ay "Azəriqaz" abunəçiləri tərəfindən "ASAN xidmət"ə 6 500 müraciət daxil olub

Ötən ay "Azəriqaz" abunəçiləri tərəfindən "ASAN xidmət"ə 6 500 müraciət daxil olub
# 10 oktyabr 2016 10:12 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin sentyabr ayında Bakı şəhərindəki 1, 2, 3, 4 və 5 saylı, eləcə də Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarındakı və Gəncə şəhərindəki ASAN xidmət mərkəzlərinə "Azəriqaz" İstehsalat Birliyinin (İB) abunəçiləri tərəfindən ümumilikdə 6 549 müraciət daxil olub.


SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, "smart" tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara xidmətlərin göstərilməsi, "Azəriqaz" İstehsalat Birliyinin müvafiq strukturlarından tələb olunan məlumatların alınması, həmçinin qazlaşdırma ilə bağlı texniki şərtlərin verilməsi barədə edilmiş müraciətlərin hamısı həllini tapıb.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə birlik bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR