Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Rabitəbank" ASC-də kadr dəyişikliyi baş verib.
"APA-Economics" xəbər verir ki, Binnət Novruzov bankın baş direktoru təyin olunub.
Bununla da “Rabitəbank”ın baş direktorlarının sayı 6-ya yüksəlib.
Qeyd edək ki, bundan öncə B. Novruzov Nəzarət və monitorinq departamentinin direktoru vəzifəsində çalışıb.