Ankara AŞ-nı Avropa İnsan Haqları Konvensiyasının tətbiqini dayandırmaq niyyətində olduğu barədə məlumatlandırıb

Ankara AŞ-nı Avropa İnsan Haqları Konvensiyasının tətbiqini dayandırmaq niyyətində olduğu barədə məlumatlandırıb
# 22 iyul 2016 02:46 (UTC +04:00)

Bakı-APA. Rəsmi Ankara Avropa Şurasının baş katibi Turbyorn Yaqlandı Avropa İnsan Haqları Konvensiyasının ölkədə tətbiqini müvəqqəti dayandırmaq niyyətində olduğu barədə məlumatlandırıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə baş katibin bəyanatında bildirilir.

Sənəddə qeyd olunur ki, Türkiyə Konvensiyanın 15-ci maddəsinə əsaslanaraq Avropa İnsan Haqları Konvensiyasının ölkədə tətbiqini müvəqqəti dayandırmaq niyyətindədir.

Qeyd edək ki, Konvensiyanın 15-ci maddəsi sənədin qismən dayandırılmasını nəzərdə tutur. Bu, fövqəladə vəziyyət rejimi dövründə mümkündür. Bundan əvvəl Fransa və Ukrayna bu imkandan istifadə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR