Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Çağrı mərkəzinə müraciətlərin sayı azalıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Çağrı mərkəzinə müraciətlərin sayı azalıb
# 04 dekabr 2015 12:28 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Cari ilin noyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - “Çağrı mərkəzi”nə vətəndaşlar tərəfindən 9 099 müraciət edilib ki, bu da əvvəlki oktyabr ayı ilə müqayisədə 16% (1 742 müraciət) azdır.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, o cümlədən müraciətlərin sayı sosial təminat məsələləri üzrə 9,9% azalaraq 3 671-ə, əmək qanunvericiliyi ilə əlaqədar 19,5% azalaraq 1 972-yə, tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası üzrə 17,7% azalaraq 995-ə, məşğulluq məsələləri ilə əlaqədar isə 6,2% azalaraq 828-ə enib. Həmçinin ötən ay 142 - “Çağrı mərkəzi”nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən istifadə ilə bağlı 1 633 müraciət daxil olub.

Müraciətlərin 92%-ində (8 374 müraciət) qeyd olunan sahələrlə bağlı sorğular ifadə olunub. Nazirliyin mütəxəssisləri hər bir sorğu ilə bağlı vətəndaşlara dolğun hüquqi izahatlar veriblər.

Əmək hüquqlarının müdafiəsi, bu və ya digər sosial təminat növünə hüququn müəyyən edilməsi məsələlərinin, təklif və şikayətlərin əksini tapdığı 725 müraciət isə araşdırılmaq üçün nazirliyin müvafiq struktur bölmələrinə göndərilib. Onlar qısa müddətdə araşdırılaraq aidiyyəti üzrə tədbirlərin görülməsi təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR