Daxili İşlər Nazirliyi Bakıda baş vermiş bədbəxt hadisə ilə bağlı məlumat yayıb

 Daxili İşlər Nazirliyi Bakıda baş vermiş bədbəxt hadisə ilə bağlı məlumat yayıb
# 22 avqust 2015 10:41 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Daxili İşlər Nazirliyi (DİN) Bakının Yasamal rayonunda baş vermiş bədbəxt hadisə ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, avqustun 21-də Yasamal rayonu D. Bünyadzadə küçəsindəki 175 “E” ünvanda olan binadakı liftin zənciri 2-ci mərtəbədə qırıldığından 1-ci mərtəbəyə düşüb. Nəticədə liftdə olan paytaxt sakinləri Səmayə Salayevaya, Məlahət Məmmədovaya və Şərur rayon sakini Zemfira Hüseynovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR