Pirallahıda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb

Pirallahıda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb
# 26 oktyabr 2016 10:48 (UTC +04:00)

Bakı - APA. Pirallahı qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, oktyabrın 25-də saat 23:00 radələrində Pirallahı qəsəbəsində Bakı şəhər sakinləri Ziyad Məmmədovun idarə etdiyi “VAZ-2107” və Nurlan İbrahimovun idarə etdiyi “Lada” markalı avtomobillər toqquşub.

Nəticədə Z. Məmmədov və 2 sərnişini, habelə N. İbrahimov və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Pirallahı RPŞ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR