Çin İranın nüvə proqramı ilə bağlı danışıqlara qoşula bilər

Çin İranın nüvə proqramı ilə bağlı danışıqlara qoşula bilər
# 10 iyul 2015 16:39 (UTC +04:00)

Bakı - APA. Çin xarici işlər naziri Van İ Vyanada İranın nüvə proqramı ilə bağlı keçirilən danışıqlara qoşula bilər.

APA-nın məlumatına görə, bu barədə TASS-ın Çin nümayəndə heyətindəki mənbəyə istinadən yaydığı xəbərdə deyilir.

"Əgər ehtiyac yaransa, nazir danışıqlara qoşulacaq" deyən mənbə bildirib ki, məsələyə yaxın saatlarda aydınlıq gətiriləcək.


Qeyd edək ki, hazırda Çinin xarici işlər naziri Şanxay Əməkdaşlıq Təşkilatı sammitinin keçirildiyi Ufa şəhərindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR