Bakıda keçmiş məhkumdan odlu silah götürülüb

Bakıda keçmiş məhkumdan odlu silah götürülüb
# 17 dekabr 2019 12:46 (UTC +04:00)

Bakı sakinində oldu silah aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Səbail rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Əsədzadədən nömrəsi silinmiş, lüləsi kəsilmiş “TOZ-B” markalı tüfəng və 5 ədəd patron aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR