"Muğanbank" II rübü zərərlə başa vurub, öhdəlikləri 22% artıb

"Muğanbank" II rübü zərərlə başa vurub, öhdəlikləri 22% artıb
# 27 iyul 2018 09:20 (UTC +04:00)

2018-ci ilin iyulun 1-ə bankın cəmi aktivləri ötən ilin analoji dövrü ilə müqayisədə 19,36% artaraq 486,363 mln. manat təşkil edib.

"APA-Economics"in məlumatına görə, bankın kredit portfeli 342,336 mln. manatı təşkil edib ki, bu ötən ilin II rübü ilə müqayisədə 12,92% çoxdur.


Cari ilin II rübünün yekunlarına əsasən, bankın cəmi öhdəlikləri 420,121 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,15% çoxdur.

Şirkətin nizamnamə kapitalı 85 mln. manatdır.

"Muğanbank" ASC-nin cari ilin II rübünü 2 mln. 774,58 min manatlıq zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR