Avropada sentyabr üzrə qazın fyuçers qiyməti min kubmetr üçün 540 ABŞ dolları həddini keçib.
"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Niderlandın "Title Transfer Facility" (TTF) satış mərkəzində təbii qazın min kubmetr üçün fyuçers qiyməti 542,5 dollara çatıb.