Komitə: Orta aylıq maaş 7% artıb

Komitə: Orta aylıq maaş 7% artıb
# 15 sentyabr 2017 14:40 (UTC +04:00)

2017-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2016-cı ilin müvafiq dövrünə nisbətən 6,9% artaraq 523,1 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, əmək haqqı neft sektorunda 3030,4 manat, qeyri-neft sektorunda 464,3 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 392,7 manat, özəl müəssisələrdə isə 708 manat olub.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR