Kürdəmirdə narkotik tərkibli bitki əkən şəxs tutulub

Kürdəmirdə narkotik tərkibli bitki əkən şəxs tutulub
# 17 iyul 2018 10:05 (UTC +04:00)

Kürdəmirdə narkotik tərkibli bitki əkən şəxs tutulub.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonunun Karrar kənd sakini İbrahimov Rauf Tağı oğlunun tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkməsi və kultivasiya etməsi barədə daxil olmuş məlumat əsasında Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Kürdəmir rayonunun Karrar kəndindəki yaşadığı evinin həyətyanı sahəsində əkdiyi 9 ədəd, çətənə bitkisi aşkar edilərək götürülübr.

R. İbrahimov əvvəllər oğurluq maddəsi ilə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR