Şəhla Hümbətovanın Vəkillər Kollegiyasından çıxarılması ilə bağlı məhkəməyə müraciət olunub

Şəhla Hümbətovanın Vəkillər Kollegiyasından çıxarılması ilə bağlı məhkəməyə müraciət olunub
# 28 noyabr 2019 19:43 (UTC +04:00)

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

APA-nın məlumatına görə, iclasda bir sıra məsələlərə baxılıb.

İclasda tanınmış vəkil Şəhla Hümbətova Vəkillər Kollegiyasından çıxarılıb.

Faktı Vəkillər Kollegiyasından APA-ya təsdiqləyiblər. Bildirilib ki, Ş. Hümbətova barəsində Vəkillər Kollegiyasına şikayət daxil olub. Şikayət araşdırılıb və Ş. Hümbətovanın kollegiyadan çıxarılması ilə bağlı qərar qəbul olunaraq məhkəməyə müraciət olunub.

Eyni zamanda o da qeyd olunub ki, Ş. Hümbətova 6 aylıq üzvlük haqqını da ödəməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR