Azərbaycanda dolların ucuzlaşması, avronun bahalaşması davam edir

Azərbaycanda dolların ucuzlaşması, avronun bahalaşması davam edir
# 15 may 2015 06:51 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün mayın 14-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi ucuzlaşıb.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) mayın 15-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0002 manat və ya 0,02% ucuzlaşaraq 1,0472 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0034 manat və ya 0,29% bahalaşaraq 1,1912 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR