Ukraynanın xalq artisti: ““Veselo” festivalı Azərbaycan və Ukrayna arasında əlaqələrin inkişafına böyük töhfə verəcək”

Ukraynanın xalq artisti: ““Veselo” festivalı Azərbaycan və Ukrayna arasında əlaqələrin inkişafına böyük töhfə verəcək”
# 06 yanvar 2018 15:53 (UTC +04:00)

“Qəbələ festivalı insanlara çox gözəl anlar yaşadır. Biz hazırda yaxşı əhval-ruhiyyənin və yumor hissinin vacib olduğu bir dünyada yaşayırıq. Bəzən problemlərdən qaçmaq və sadəcə, dağlar qoynunda dincəlmək istədikdə bu cür musiqili-əyləncəli tədbirlər kömək olur. Yumor və musiqi festivalı yerində və zamanında keçirilən bir tədbirdir”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Qəbələdə Heydər Əliyev Konqres Mərkəzində keçirilən 12-ci Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalı çərçivəsində geniş konsert proqramı ilə çıxış edən Ukraynanın Xalq artisti Nataliya Moqilevskaya deyib.

Beynəlxalq festivalın əhəmiyyətini yüksək qiymətləndirən Nataliya Moqilevskaya bu tədbirin Azərbaycan və Ukrayna arasında həm turizm sahəsinin, həm də mədəni əlaqələrin inkişafına böyük töhfə verəcəyini bildirib.

O, Bakıda konsert vermək istədiyini və orada Azərbaycan mahnısı da oxumaq üçün hazırlaşacağını bildirib: “Azərbaycana ilk dəfə gəlmişəm. Bakı və Qəbələni gördüm. Ölkəniz çox xoşuma gəldi. Qəbələnin təbiətini, qarlı dağlarını, burada istirahət üçün yaradılan müasir infrastrukturu, insanların qonaqpərvərliyini bəyəndim”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR