“Azərenerji” elektrik enerjisi istehsalını 4%-dən çox azaldıb

 “Azərenerji” elektrik enerjisi istehsalını 4%-dən çox azaldıb
# 03 may 2018 09:51 (UTC +04:00)

Bu ilin aprel ayında “Azərenerji” ASC tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 1,662 mlrd. kV/saat olub.

“Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin aprel ayı ilə müqayisədə 4,37% azdır. Qeyd edək ki, bu rəqəm 2017-ci ilin aprel ayında isə 1,738 mlrd. kV/saat təşkil edib.

Həmçinin, bu dövr ərzində ölkə enerji sisteminin əlaqəsi olan dövlətlər ilə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə reallaşdırılıb.

O cümlədən, Azərbaycanda kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin Tədbirlər Planına uyğun olaraq, yaxın və uzaq perspektivdə nəzərdə tutulmuş müvafiq vəzifələrin icra vəziyyəti ilə bağlı müvafiq işləri davam etdirilib, eyni zamanda enerji sisteminin müasirləşdirilməsi diqqətdə saxlanılıb və bununla əlaqədar olaraq ictimaiyyətin məlumatlandırılması məqsədilə bir sıra tədbirlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR