"Xalq Bank"ın öhdəlikləri 24% artıb

"Xalq Bank"ın öhdəlikləri 24% artıb
# 16 aprel 2018 15:55 (UTC +04:00)

2018-ci il martın 1-nə "Xalq Bank" ASC-nin aktivlərinin həcmi 2 mlrd. 015,540 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,16% artım deməkdir.

APA-Economics”ə verilən məlumata görə, bu ilin yanvar-mart ayları ərzində bankın kredit portfeli 3,18% artaraq 1 mlrd. 303,514 mln. manat olub.

Hesabat dövründə bankın depozit portfeli 7,24% artaraq 87 mln. 433,79 mln. manat, cəmi öhdəliklərin həcmi isə 24,21% artaraq 1 mlrd. 749,3750 mln. manat olub.

Hesabat dövründə bankın cəmi gəlirləri 32 mln. 181,57 min manat, cəmi xərcləri isə, 8 mln. 909,1 min manat təşkil edib.

2018-ci ilin I rübündə bankın nizamnamə kapitalı dəyişməyərək 225 mln. 078,6 min manat təşkil edib. Hesabat dövründəbankın məcmu kapitalı 264,566 mln. manat olub.

Bank bu ilin ilk 2 ayını 6 mln. 9,89 min manatlıq xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR