İmişlidə 28 yaşlı piyadanı avtomobil vurub

İmişlidə 28 yaşlı piyadanı avtomobil vurub
# 26 yanvar 2017 20:50 (UTC +04:00)

İmişlidə piyadanı avtomobil vurub. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli rayonu Bəhrəmtəpə qəsəbə sakini 1989-cu il təvəllüdlü Dəmirov Samit Ziyad oğlu yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. Piyadanı vuran avtomobilin sürücücüsü hadisə yerindən qaçıb. Yaralı sağ budunun yerdəyişmiş sınığı və digər ağır xəsarətlərlə İmişli rayon xəstəxanasına çatdırılıb.

Hazırda İmişli Rayon Polsi Şöbəsi tərəfindən hadisəni törədən sürücünün axtarışları istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR