Braziliyada polis əməkdaşı Yunanıstan səfirini qətlə yetirdiyini etiraf edib

Braziliyada polis əməkdaşı Yunanıstan səfirini qətlə yetirdiyini etiraf edib
# 30 dekabr 2016 20:57 (UTC +04:00)

Braziliyada polis əməkdaşı Yunanıstan səfiri Kiriakos Amiridisi qətlə yetirdiyini etiraf edib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, polis cinayətin törədilməsində polis əməkdaşı ilə yaxın münasibətdə olan səfirin həyat yoldaşının da əli olduğundan şübhələnir.

Yunanıstanın itkin düşmüş səfiri Kiriakos Amiridisə məxsus yanmış avtomobil ötən gün aşkarlanıb.

59 yaşlı səfir üç gün əvvəl evdən gedib və bir daha geri dönməyib.

Qeyd edək ki, bundan əvvəl Yunanıstanın Liviyada səfiri vəzifəsində çalışan K.Amiridis 2016-ci ilin yanvarından ölkəsinin Braziliyadakı diplomatik nümayəndəliyinə rəhbərlik edib. 2001-2004-cü illərdə isə Yunanıstanın Rio-de-Janeyrodakı konsulu olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR