Aİ XİN rəhbərləri İranla əldə olunan sazişi dəstəkləyib

Aİ XİN rəhbərləri İranla əldə olunan sazişi dəstəkləyib
# 21 iyul 2015 04:56 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters” agentliyinə Brüsseldəki mənbələr bildirib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası Tehran və “altılıq” arasında İranın nüvə proqramına dair əldə olunan sazişi dəstəkləyən qətnamə qəbul edib.

Sənəd Tehranın üzərinə götürdüyü öhdəliklərin icra olunduğu Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tərəfindən təsdiq edildikdən sonra BMT Təhlükəsizlik Şurasının xətti ilə İrana qarşı tətbiq edilmiş sanksiyaların tam ləğv olunmasını nəzərdə tutur.

Sənəddə qeyd olunur ki, BMT Təhlükəsizlik Şurası İran məsələsinin baxılmasını sazişin qüvvəyə minməsindən 10 il sonra dayandıracaq.

Qeyd edək ki, İran və “altılıq” arasında Tehranın nüvə proqramına dair hərtərəfli razılaşma iyulun 14-də əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR