2022-ci il Qış Olimpiya Oyunlarını keçirəcək təşkilatçı ölkə müəyyənləşib

2022-ci il Qış Olimpiya Oyunlarını keçirəcək təşkilatçı ölkə müəyyənləşib
# 31 iyul 2015 12:29 (UTC +04:00)

Bakı – APA. Malayziyanın paytaxtı Kuala-Lumpurda Beynəlxalq Olimpiya Komitəsinin sessiyası öz işinə başlayıb. Apasport.az saytının məlumatına görə, tədbirdə artıq 2 möhtəşəm yarışın ev sahibinin adı dəqiqləşib.

Belə ki, 2022-ci ildə keçiriləcək Qış Olimpiya Oyunları Çinin paytaxtı Pekinə həvalə edib. Pekin yekun səsvermədə Qazaxıstanın Almatı şəhərini geridə qoyub.

Sayca XXIV Ağ Olimpiada 4-20 fevralda, Paralimpiada isə 4-13 martda olacaq.

Sessiyada, həmçinin 2020-ci ildə keçiriləcək Yeniyetmələrin Qış Olimpiya Oyunlarını da təşkil edəcək şəhərin adı müəyyənləşib. Rumıniyanın Braşov şəhəri ilə mübarizə aparan İsveçrənin Lozanna şəhəri ev hüququna yiyələnib.

Qeyd edək ki, Pekin 2008-ci ildə Yay Olimpiya Oyunlarına da ev sahibliyi edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR