Baldızını öldürüb, arvadını ağır yaralayan şəxsin istintaqı başa çatıb

Baldızını öldürüb, arvadını ağır yaralayan şəxsin istintaqı başa çatıb
# 30 dekabr 2019 10:19 (UTC +04:00)

Baldızını öldürməkdə, arvadını isə öldürməyə cəhddə təqsirləndirilən Samiq Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu il paytaxtın Binəqədi şossesi, döngə 4 ünvanında baş verib.

Belə ki, Kürdəmir rayon sakini, 1989-cu il təvəllüdlü Mahmudova Ruhəngiz Abdul qızı yoldaşı, İmişli rayon sakini, 1981-ci il təvəllüdlü Quliyev Samir Qurban oğlu tərəfindən bıçaqlanıb. R.Mahmudova 14 bıçaq xəsarəti alıb.

Daha sonra S.Quliyev baldızı, 1987-ci il təvəllüdlü Mahmudova Roza Abdul qızına beş bıçaq zərbəsi vurub. Hadisəni törədən S.Quliyev ərazidən qaçıb.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Roza Mahmudova həkimlərin səyinə baxmayaraq, müalicə olunduğu xəstəxanada keçinib.

Hadisəni törədən şəxs hüquq-mühafizə orqanlarını əməkdaşları tərəfindən saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR