Səhmdar: TANAP-ın ümumi dəyəri 8,5 mlrd. dollar olacaq

Səhmdar: TANAP-ın ümumi dəyəri 8,5 mlrd. dollar olacaq
# 08 fevral 2017 13:13 (UTC +04:00)

Trans-Anadolu Boru Xətti Kəməri (TANAP) layihəsinin dəyəri açıqlanıb. "APA-Economics" xəbər verir ki, Türkiyənin BOTAŞ şirkətinin baş direktoru Burhan Özcanın sözlərinə görə, TANAP-ın ümumi dəyəri 8,5 mlrd. dollar təşkil edəcək.

Ümumi uzunluğu 1 850 km olan TANAP qaz kəməri "Mərhələ-2" çərçivəsində "Şahdəniz" yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub.

17 mart 2015-ci il tarixində Türkiyənin Qars vilayətində TANAP qaz kəmərinin təməlqoyma mərasimi keçirilib. Qaz kəmərinin ötürmə qabiliyyətinin ən azı 16 mlrd. kubmetr təşkil edəcəyi ehtimal olunur. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək

TANAP layihəsində şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR - 58%, BP - 12%, BOTAS - 30%.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR