BMT nümayəndəsi: "Bu proses qlobal əhəmiyyətlidir"

BMT nümayəndəsi: "Bu proses qlobal əhəmiyyətlidir"
# 01 dekabr 2017 08:14 (UTC +04:00)

""Asiyanın ürəyi" prosesi yarandığı dövrdən regiona xüsusi töhfə verir və Əfqanıstanı digər bölgələrə yaxınlaşdırır".

APA-nın məlumatına görə, bunu BMT baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Jan Kubis Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində
“Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar”mövzusunda keçirilən Nazirlər Konfransında çıxışı zamanı bildirib. O deyib ki, ilk gündən etibarən bu proses regional əməkdaşlığın əlaqələndirilməsinə imkan yaradır və BMT bu prosesin tərkib hissəsi olmaqdan məmnundur: "Ancaq hələ də terrorizm, ekstremizm, qeyri-qanuni narkotik daşınması kimi əhəmiyyətli problemlər qalmaqdadır və həlli üçün yüksək əməkdaşlıq şəkilində səylər tələb olunur. Regional səviyyədə keçirilən bu proses qlobal əhəmiyyətlidir və düşünürəm ki, bu proses regionda sülhün bərpası, iqtisadi inkişafa xidmət edəcək. Bu proses sayəsində regionda sabit mühit yaradacağıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR